Accessibility links

Emil İsgəndərov inzibati qaydada 30 sutka həbs edilib

Noyabrın 23-də Bakı Apellyasiya Məhkəməsi AXCP Gənclər Komitəsinin üzvü Emil İskəndərovun apellyasiya şikayətini təmin etməyib, o, həbsdə saxlanılıb.

Emil İsgəndərov noyabrın 15-də Bakının Binə qəsəbəsində saxlanılıb. Yasamal rayon Məhkəməsi ona inzibati qaydada 30 sutka həbs verib.

AXCP E.İsgəndərovun həbsini hakimiyyətin müxalif əhval-ruhiyyəli gənclərə qarşı repressiyalarının tərkib hissəsi kimi qiymətləndirib.

Vəkil Əsabəli Mustafayev Facebook səhifəsində yazıb: “Bu gün cəbhəçi fəal İskəndərov Emil barədə 30 gün müddətinə inzibati həbs tədbiri tətbiq olunmasından verilmiş apellyasiya şikayətinə baxıldı. Rəsmi versiya köhnədən qalmadır: küçədə gedərkən yüksək səslə mobil telefonla danışıb, söyüş söyüb, bu hərəkətin dayandırması barədə polisin tələbinə tabe olmayıb. Bu versiyanı təkzib edən əsas versiyamız: tutulanda onun üzərində ümumiyyətlə telefon olmayıb. Sübut: üzərindən çıxan əşyaların içərsində telefon yoxdur. Polislər gəlib evdən aparıblar, ailə üzvləri buna şahiddirlər”, vəkil qeyd edib.

Show comments

XS
SM
MD
LG