Accessibility links

Rüfət Səfərov: Mənim üçün məhkəmənin qərarı əhəmiyyət kəsb etmir


Keçmiş müstəntiqin apellyasiya şikayətinə baxılır

Dekabrın 1-də Şirvan Apellyasiya Məhkəməsində Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun şikayəti üzrə məhkəməsi başlayıb.

Keçmiş müstəntiq Rüfət Səfərov 2016-c ilin sentyabrında rüşvət almaq ittihamı ilə 9 il azadlıqdan məhrum olunub. Bundan öncə “davranış normalarını pozduğuna görə” prokurorluq orqanlarından xaric edilib.

Onun atası, hakim partiyanın keçmiş fəalı, uzun müddət parlamentin deputatı, sonralar Müdafiə Nazirliyinin mətbuat katibi olmuş Eldar Sabiroğlu Ramiz Mehdiyevi kəskin tənqid edib. R.Səfərovun prokurorluq orqanlarından istefası bundan sonraya təsadüf edir.

Vəkil Bəhruz Bayramov Anerikanın Səsinə bildirib ki, müdafiə tərəfinin iki vəsatətini məhkəmə təmin edib. Bunlar Rüfət Səfərovun dəmir barmaqlılar arasından çıxarılaraq vəkilin yanında oturması və Zərdab rayon Mədəniyyət və Turizm İdarəsinin rəisinin məhkəmədə dindirilməsi ilə bağlı vəsatətlərdir.

Onun sözlərinə görə, Səfərov məhkəmədə çıxışında bildirib ki, saxta ittiham və saxta sübutlarla həbs edilib.

“Mən məhkəmələrin ədalətinə inanmıram, hansı sifariş verəcəklər o qərarı da qəbul edəcəksiniz. Sizin qərarınız mənim üçün əhəmiyyət kəsb etmir, əsas odur ki, xalq mənim həbsimin səbəblərini bilir. Məni öldürə də bilərsiniz. Amma bilin ki, ruhum həmişə xalqımladır”, vəkil Səfərova istinadən deyib.

Məhkəmə dekabrın 22-dək təxirə salınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG