Accessibility links

Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının pozulması haqqında debatlar keçiriləcək

Avropa Parlamentinin sədri Antonio Tayaninin prezident İlham Əliyevlə fevralın 6-da Bakı vaxtı ilə saat 14-ə planlaşdırılmış görüşü Azərbaycan tərəfinin təşəbbüsü ilə ləğv olunub.

Brüsseldə təşkil olunan forum "Avropa İttifaqı-Azərbaycan Əməkdaşlığı: İnsan Haqları Qırmızı Xalça Altında" adlanır.

Avropa İttifaqının saytında yer alan məlumata görə, Əliyev bu gün Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının pozulması haqqında debatlar keçiriləcəyinə görə Tayani ilə görüşdən imtina edib.

Brüsseldə təşkil olunan forum "Avropa İttifaqı-Azərbaycan Əməkdaşlığı: İnsan Haqları Qırmızı Xalça Altında" adlanıb.

Debatlarda iki keçmiş siyasi məhbus - Emin Milli və Xədicə İsmayılova (Skype vasitəsilə), habelə Avropa Parlamentinin beş üzvü iştirak edib.

Dinləmələrin başlamasına 15 dəqiqə qalmış Bakıdan Skype vasitəsilə məruzəçi kimi müzakirə iştirakçılarına qoşulmalı olan jurnalist Xədicə İsmayılovanın yaşadığı evin elektrik enerjisi kəsilib.

İsmayılova Facebook səhifəsində yazıb ki, maneələrə baxmayaraq müzakirələrə qoşula bilib.

Xədicə İsmayıl Azərbaycandan xaricə buxarılmadığına görə insan haqları mövzularında dinləmələrə Skype vasitəsilə qatılmağa məcbur olur..

Xədicə İsmayıl Azərbaycandan xaricə buxarılmadığına görə insan haqları mövzularında dinləmələrə Skype vasitəsilə qatılmağa məcbur olur..

“Əvvəl evimdə internet kəsildi. Sonra işıqlar söndürüldü. Sonra telefonumun qoşulduğu Azersell və Baksell mobil telefon şəbəkələrində internet kəsildi. Evimin yaxınlığında bir radarlı maşın dayanmışdı. Taksi çağırdım, antenaları dəyişərək, xətdə qalmağa çalışdım. Sonra bir yerdə tunelə girməməkçün taksini saxlatdım. Az sonra polislər tökülüşdülər. 3 Dövlət Yol Polisi avtomobili və bir neçə mülki geyimli mənim olduğum taksini saxlatdı, sürücü maşından çıxıb, onlarla danışırdı. Mən artıq çıxışımı bitirdim, sualları gözləyirdim. Bir də gördüm taksiyə polis oturdu. Cərimə meydançasına gedirik dedi. Bu arada təsadüfən Şahvələd Çobanoğlu (jurnalist-red) oradan keçirdi. Məni maşında görüb, saxladı. Məni onun maşınına keçirdilər, taksini isə heç bir səbəb olmadan cərimə meydançasına apardılar”, İsmayılova Facebook səhifəsində yazıb.

İsmayılova hazırda şərti azadlıqdan məhrumetmə cəzası çəkir və buna görə onun ölkədən çıxışına qadağa qoyulub.

Dinləmə iştirakçıları İlham Əliyev hökumətinin Azərbaycan vətəndaşlarının əsas hüquq və azadlıqlarını pozması məsələsini qaldırıblar.

XS
SM
MD
LG