Accessibility links

Jurnalist Elçin İsmayıllı həbs olunub [Audio-müsahibə]


Elçin İsmayıllı
Elçin İsmayıllı

Vəkil İslam İsmayılov Amerikanın Səsinə müsahibəsində jurnalistin həbsinin detallarından danışıb

İsmayıllıda yaşayan və çalışan jurnalist Elçin İsmayıllı fevralın 17-də İsmayıllı rayonunda həbs olunub.

Vəkil İslam İsmayılov Amerikanin Səsinə bildirib ki, jurnalistə qarşı CM-in 182.2.2 (hədə yolu ilə pul tələb etmək və bu hal dəfələrlə törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) ittihamları sürülüb.

please wait

No media source currently available

0:00 0:05:31 0:00

İstintaq bildirib ki, guya jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin işçisini hədələyərək onun haqqında mənfi məlumatlar yayacağını bildirib. “O, Dövlət Təhlükəsizlik Xidmətinə şikayət edib və pul alarkən saxlanılıb”, vəkil bildirib.

Jurnalistin sözlərinə görə, ondan şikayət edən şəxs çoxdankı tanışı olub və jurnalist ondan 1000 manat borc pul istəyib.

Jurnalist ittihamı saxta hesab edir və düşünür ki, onu peşə fəaliyyətinə görə həbs ediblər.

İş Baş Prokurorluğun Ağır Cinayət İşlərinə dair İşlər üzrə İstintaq İdarəsinə verilib. Fevralın 18-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə jurnalistin barəsində 24 sutka həbs qətimkan tədbiri seçilib. E.İsmayıllı Kürdəxanı təcridxanasına yerləşdirilib.

E.İsmayıllı Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür.

AXCP sədrinin müavini hesab edir ki, jurnalistə qarşı təxribat törədilib və o, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun “qanunsuz hərəkətləri” barədə tənqidi məqalələrinə görə həbs edilib.

E.İsmayıllı müxtəlif vaxtlarda müxtəlif KİV, o cümlədən “Azadlıq” qəzeti, “Azadlıq” radiosunun Azərbaycan xidməti ilə əməkdaşlıq edib. Hazırda özünun təsisçisi olduğu kend.info saytında tənqidi məqalələr dərc edirdi. Jurnalist həbsindən iki gün öncə, fevralın 15-də yerli icra hakimiyyəti başçısının İsmayıllı rayonunun ərazisində yerləşən 65 saylı 199 hektar sahəsi olan “Matrax”yay otlaq sahəsinin icarəyə verilməsi haqqında sərəncamı ilə bağlı araşdırma yazısı (http://kend.info/mirdam%c9%99d-sadiqovun-kadri-sozun%c9%99-%c9%99m%c9%99l-etdi-daha-bir-s%c9%99r%c9%99ncami-kiv-%c9%99-t%c9%99qdim-etdi-foto-video/) dərc edib.

Bundan öncə, Elçin İsmayılı yerli sakinlərin problemlərini işıqlandırdığına görə təzyiqlərə məruz qalıb. Ona hücumlar olub, polis tərəfindən saxlanılıb. Tənqidi məqaləsi ilə bağlı bir neçə ay öncə yerli məmur jurnalistin inzibati qaydada cəzalandırlması tələb ilə məhkəməyə müraciət edib.

2013-cü ilin yanvarında İsmayıllı hadisələri zamanı E.İsmayıllı bu hadisələri fəal şəkildə işıqlandırıb. Etiraz aksiyası zamanı onun qardaşı rayonda olmasa da kütləvi iğtişaşlarda iştiraka görə həbs olunub, iki il həbs həyatı yaşayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG