Accessibility links

İctimai fəalın atası polisə çağırılıb


SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı
SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı

İctimai fəal Bəşir Süleymanlı Yevlax rayonunda yaşayan valideynlərinə təzyiqlər olduğunu bildirib.

Dünən axşam onun atasını Yevlax rayon polis şöbəsinin rəisinin yanına çağırıblar. Ondan oğlunun fəaliyyəti, Yevlaxdakı əlaqələri haqqında məlumat alıblar, mobil telefonunun və avtomobilinin nömrəsini və s. soruşublar.

Süleymanlının sözlərinə görə, polis əvvəllər də onun atasına zəng edib, oğlunun və digər övladlarının fəaliyyəti, harada işlədikləri barədə soruşub.

“Bu qanunsuz tədbirlər bir çox valideynlərin narahatlığına və stresinə səbəb olur. Anam kəskin şəkərli diabet xəstəsidir. Bu təzyiq onun ürək əməliyyatı olunmasına gətirib çıxarıb”, B.Süleymanlı bildirib.

O, atasının polisə çağırılmasını Novruz bayramında Yevlaxa getməsi, orada qohumları və dostları ilə görüşməsi ilə əlaqələndirir.

“Mən sadəcə olaraq valideynlərimin yanına, qohumlarım, dostlarımla görüşməyə getmişdim”, Süleymanlı bildirib. Onda olan məlumata görə, polis onun görüşdüyü şəxslərlə də maraqlanır.

Süleymanlı bu əməlləri təzyiq və qanun pozuntusu kimi qiymətləndirib. Yevlax rayon polisindən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, Süleymanlı seçkilərin monitorinqini həyata keçirən və müstəqil qiymət verən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktorudur. 2014-cü ildə Süleymanlı iqtisadi cinayətlər ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan o, vaxtından əvvəl azad olunub.

Hazırda o, Vətəndaş Hüquqları İnstitutuna rəhbərlik edir.

XS
SM
MD
LG