Accessibility links

Anar Məmmədlinin həbsdən azad edilməsi tələb edilir [Video]


Seçkiləri Anar Məmmədli saxtalaşdırıb?
please wait

No media source currently available

0:00 0:06:15 0:00

Sən demə seçkiləri Anar Məmmədli saxtalaşdırıb

SMDTM-nin rəhbərinin Hüquqlarını İctimai Müdafiə Komitəsi toplantı keçirib

Çoxsaylı siyasi partiya, qeyri-hökumət təşklatlarının rəhbərlərinin, hüquq müdafiəçilərinin, diplomatik missiyaların təmsilçilərinin iştirakı ilə keçirlən toplantıda
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin dərhal həbsdən azad edilməsi tələb edilib. Bütün çıxışlarda Məmmədlinin həbsinin siyasi xarakter daşıdığı və siyasi sifariş olduğu vurğulanıb.

Anar Məmmədli dekabrın 16-da saxlanıb və barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

SMDT oktyabrın 9-da keçirilən prezident seçkilərinin monitorinqi zamanı çoxsaylı qanun pozuntularını qeydə alıb və təşkilatın hesabatındakı faktlardan nüfuzlu beynəlxalq təşkilatların bəyanatlarında istifadə edilib.

Toplantəda deyilib ki, Məmmədlinin həbsi bütünlükdə vətəndaş cəmiyyətinin qorxudulması aksiyasıdır ki, heç kim hakimiyyəti tənqid etməyə cürət etməsin.

"Vergi ödənişindən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərini aşma ittihamları qondarmadır", deyə “Hüquq və İnkişaf” təşkilatının rəhbəri Hafiz Həsənov bildirib.

Məmmədli qrant vəsaitlərindən öz vergi ödəyicisinin identifikasiya kodu vasitəsilə istifadə etməkdə ittiham olunur. Lakin SMDT-nin dövlət qeydiyyatı yox idi və Məmmədli fərdi vergi ödəyicisi kimi hərəkət etmək məcburiyyətində idi.

Bunu qanunsuz sahibkarlıq kimi tövsif etmək mənasızdır”, deyə Həsənov bildirib.

Vergi ödənişindən yayınma ittihamı da əsassızdır. Çünki mart-aprel aylarında vergi orqanları Məmmədlinin fəaliyyətini yoxlayıb və heç bir pozuntu aşkarlanmayıb.

“Məmmədli seçkilərin monitorinqinə görə təqib olunur. Hakimiyyət istəmir ki, kimsə onlardan asılı olmadan seçkilərlə məşğul olsun”, deyə Həsənov qeyd edib.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl bildirib ki, Məmmədlinin həbsinin katalizatoru SMDT-nin ötən həftə Varşavada ATƏT DTİHB-nin tədbirində Avropa Monitorinq Təşkilatları Əlaqələndirmə Şurasının üzvü seçilməsi olub.

AXCP lideri Əli Kərimli qeyd edib ki, Anar Məmmədlinin hansı bəhanə ilə həbs edilməsinin əhəmiyyəti yoxdur – hakimiyyətin onu ədalətli vətəndaş mövqeyinə görə təqib etdiyi birmənalıdır.

“Anar Məmmədli təhsilli ziyalı insan, seçkilər sahəsində tanınmış ekspertdir. Lakin Azərbaycan hakimiyyəti hətta dinc yolla belə dəyişiklik istəməyə cürət edən hər kəsi həbsə atmağa hazırdır.

Bu, həmçinin dünya ictimaiyyətinə avtoritar rejimin Avropaya öz qaydaları ilə getmək niyyətində olması haqqında mesajdır”, deyə Kərimli bildirib.

Qərbin Azərbaycan rejimini sakitləşdirməsi mövqeyi belə vəziyyətə gətirib çıxarıb.

“Bu rejimin tədricən islah edilə biləcəyi haqqında fikir yanlışdır. Məhz bu siyasət Azərbaycanda bu gün 143 siyasi məhbusun olmasına, repressiyaların isə dövlət siyasəti səviyyəsinə çıxarılmasına gətirib çıxarb”, deyə Kərimli qeyd edib.

Kərimli daim fəaliyyət göstərən əlaqələndirmə qrupu yaratmağı və onun vətəndaşların könüllü ianələri hesabına fəaliyyətini təmin etməyi təklif edib.

Hüquqşünas Aslan İsmayılov Məmmədlinin həbsdən azad edilməsi tələbi ilə etiraz aksiyalarına başlamağı təklif edib. Onun fikrincə, Qərbin dəstəyinə bel bağlamağa dəyməz.

“Onlara bizim neftimiz, bizim kürümüz, bizim sərvətlərimiz lazımdır”, deyə İsmayılov bildirib.

İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu təbii inhisarların dövlət büdcəsinə 2,4 mlrd. dollar borclanmasına görə heç kimin məsuliyyətə cəlb edilmədiyi halda Məmmədlinin iqtisadi cinayətlərdə ittiham olunmasının cəfəng olduğunu bildirib.

Milli Şuranın rəhbəri Cəmil Həsənli hesab edir ki, oktyabrın 9-da Azərbaycanda hakimiyyət növbəti dəfə qəsb edilib və indi hökumət cəmiyyəti bu saxtakarlıqların yekunları ilə barışmağa məcbur etməyə, onlara mane olanlarla hesablaşmağa can atır.

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki, toplantıya Nərimanov rayon polis idarəsinin təcridxanasında saxlanılan Məmmədli ilə görüşdən gəlib. O, Məmmədliyə qarşı irəli sürülmüş bütün ittihamların əsassız olduğunu, lakin Məmmədlinin 308.2-ci maddə üzrə səlahiyyətlərindən sui-istifadə etməklə seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham olunmasının daha cəfəng olduğunu bəyan edib. Bu məlumat zaldakıların gülüşünə səbəb olub.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun (RAT) direktoru Emin Hüseynov Məmmədlinin həbsini hakimiyyətin 11 dekabr hüquq müdafiə forumunda səslənmiş dialoqa çağırışa mənfi reaksiyası kimi qiymətləndirib.

O, 30 fəaldan ibarət qrup yaratmağı və Strasburqa AŞPA-nın qış sessiyasına göndərməyi təklif edib. Bütün siyasi məhbuslar azad edilməsə, Azərbaycanın AŞPA-da səs hüququnun dayandırılması və 2014-cü ilin mayında AŞ Nazirlər Komitəsində sədrliyə buraxılmaması məsələsini qaldırmaq lazımdır.

Toplantının yekunlarına görə Məmmədlinin hüquqlarının müdafiəsi üzrə İctimai Komitə yaradılması qərara alınıb.

Tədbirdə ATƏT-in, Aİ-nin, ABŞ, Fransa, Almaniya, Niderland və digər ölkələrin səfirliklərinin nümayəndələri də iştirak ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG