Accessibility links

Londonda SOCAR və BP prezidentləri görüş keçirib


SOCAR-BP_logo
SOCAR-BP_logo

Bir neçə gün öncə Azərbaycan prezidenti BP şirkətini tənqid edib, onu müqavilə öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər qrupu oktyabrın 17-də Londonda BP-nin prezidenti Bob Dadli və həmin şirkətin hasilat və axtarış-kəşfiyyat bölümünün icraçı qrupu ilə görüşüb. Bu barədə BP-Azerbaijan şirkətinin mətbuat üçün açıqlamasında bildirilir.

Tərəflər razılaşıb ki, Azərbaycan dövlətinin və Azəri-Çıraq-Günəşli (AÇG) tərəfdaşlarının mənafeyi üçün yatağın neft hasilatının idarə olunması məsələsində SOCAR və tərəfdaşlar qrupu ilə yaxından işləməkdə davam etsinlər.

“Bu, açıq və konstruktiv bir görüş idi və qarşıda duran tapşırıq aydındır. BP Azərbaycana və dünyanın ən böyük neft yataqlarından biri olan AÇG kompleksinin səmərəli idarə olunmasına tam sadiqdir”, - deyə press-relizdə Dadlidən sitat gətirilib.

Bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında BP şirkətini tənqid edib, onu müqavilə öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG