Accessibility links

“Orada şəkli verilən, adı çəkilən evlərin nə SOCAR-a, nə də SOCAR-ın rəhbərlərinə aidiyyatı yoxdur” [Video]


Villalar (Görüntü "Azərbaycan Saatı" proqramından götürülüb)
Villalar (Görüntü "Azərbaycan Saatı" proqramından götürülüb)

SOCAR “Azərbaycan Saatına” cavab verib

“Orada şəkli verilən, adı çəkilən evlərin nə SOCAR-a, nə SOCAR-ın prezidentinə, nə də vitse-prezidentlərə hər hansı aidiyyatı yoxdur”. Bu barədə SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Amerikanın Səsinin

Villalar (Görüntü "Azərbaycan Saatı" proqramından götürülüb)
Villalar (Görüntü "Azərbaycan Saatı" proqramından götürülüb)

“Azərbaycan Saatı” televiziya proqramında SOCAR-ın rəhbərliyinə daxil olan şəxslərin villaları barədə yayımlanmış reportajla bağlı sualının cavabında bildirib.

Mətbuat Xidmətinin rəhbəri deyib ki, SOCAR işgüzar nüfuzuna hər hansı zərbənin vurulması ilə barışmır və adekvat addımlar hüququnu özündə saxlayır.

“Azərbaycan Saatı” proqramının “SOCAR rəhbərliyinin yeni villaları üzə çıxdı” başlıqlı reportajında deyilir ki, Azərbaycanda tikilən villalar üçün xaricdən mütəxəssislər gətirilib. Reportajda SOCAR-ın şöbə müdirinə məxsus olduğu bildirlən Bodrumda 16 villadan sonra, Bakının Türkan qəsəbəsində daha 3 villanın şəkilləri göstərilib.

“Bu villaların hər birinin yalnız mərmər işlərinə 1 milyon dollar xərclənib. Villallarda 42 tualet, 40 hamam var”, reportajda qeyd edilir.

XS
SM
MD
LG