Accessibility links

Somalidə hava limanı yaxınlığında partlayış


Birləşmiş Ştatlar çərşənbə axşamı günün ən qızğın vaxtında Moqadişu hava limanının girişində törədilən iki bomba partlayışını “şiddətlə qınayıb.” Partlayış nəticəsində azı 13 nəfər həlak olub.

Somalidə fəaliyyət göstərən Əl-Qaidəyə bağlı terror təşkilatı Əl-Şəbab qrupun Andalus radiostansiyası vasitəsilə hücuma görə məsuliyyət daşıdığını elan edib. Həlak olan 13 nəfərdən yeddisi Birləşmiş Millətlər mühafizəçisidir.

Hadisə yerinin baş verdiyi ərazinin sakinləri yerli vaxtla səhər saat 9 radələrində iki böyük partlayış səsini eşitdiklərini bildirib.

Onların dediyinə görə, intiharçı partlayıcı maddələrlə dolu maşını Somali keçid məntəqəsindən içəri sürməyə çalışıb və daha sonra özünü partladaraq oradakı insanların ölümünə səbəb olub.

Bir neçə saniyə sonra digər bir intiharçı BMT təhlükəsizlik qüvvələri və yaxınlıqdakı Afrika İttifaqı qüvvələrinə yaxınlaşaraq maşınını partladıb.

Təhlükəsizlik mənbələrinin Amerikanın Səsinə verdiyi məlumatda bildirilir ki, Afrika İttifaqı binasının önündə BMT işçilərini qoruyan mühafizəçilər də hücum anında keçid məntəqəsində idilər.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG