Accessibility links

İraqda son partlayışlar ABŞ-ın hərbi qüvvələrinin ölkədən çıxarılmasına dair cədvələ təsir etməyəcək


Mətbuat katibinin müavini Bill Burton bildirib ki, İraqın demokratiyaya doğru irəliləyişini dayandırmaq istəyən qüvvələr mövcuddur

Bağdadda silahlı şəxslər üç nəfərə atəş açaraq onları qətlə yetiriblər. Bundan başqa bu gün İraqda yol kənarında törədilən partlayış zamanı iki nəfər də həlak olub. Bu növ zorakılıqlar ABŞ qoşunlarının döyüş əməliyyatlarını bitirməyə hazırlıq gedən bir dövrdə baş verməkdədir. Rəsmilər bildirib ki, bu gün silahlı şəxslər üç nəfəri Diyala vilayətində evlərinin həyətində qətlə yetirib. Bundan başqa bu gün Tikrit şəhərində, məhkəmə binasının yaxınlığında partlayış zamanı iki nəfər həlak olub və azı iki nəfər yaralanıb. Rəsmilər bildirib ki, ölənlərdən biri təhlükəsizlik zabitidir. Bu hücumlar Bağdadda ordu işəgötürmə mərkəzinin həyətində 60 nəfərə yaxın insanın ölümü ilə nəticələnən və 125 nəfərdən çox insanın yaralanmasına səbəb olan hücumdan sonraya təsadüf edir. Ağ Ev bildirib ki, dünən İraqda 60 nəfərə yaxın insanın ölümünə səbəb olmuş intiharçı partlayışı ABŞ-ın hərbi qüvvələrinin ölkədən çıxarılmasına dair cədvələ təsir etməyəcək. Mətbuat katibinin müavini Bill Burton bildirib ki, İraqın demokratiyaya doğru irəliləyişini dayandırmaq istəyən qüvvələr mövcuddur. Lakin ABŞ mübarizə missiyasını yerinə yetirəcəyinə əmindir. Dünən axşam Bağdadın qonşuluğu heab edilən Ur-da partlayış 10 nəfəri öldürmüş və azı 46 nəfəri yaralamışdır. Bu gün Tikrit şəhərində, məhkəmə evinin yaxınlığında partlayış zamanı iki nəfər həlak olub və azı iki nəfər yaralanıb. Rəsmilər bildirib ki, ölənlərdən biri təhlükəsizlik zabitidir.

XS
SM
MD
LG