Accessibility links

İran vətəndaşı Azərbaycana bağırsağında narkotik maddə keçirərkən tutulub


Həbs

Həbs

Azərbaycana bağırsağında narkotik maddələr keçirmək istəyən İran vətəndaşı tutulub.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Mahboubalı Taghavının üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 23,108 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 3,113 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.

Bundan başqa, M.Taghavının hərəkətləri şübhə yaratdığı üçün onun üzərində şəxsi yoxlama davam etdirilib və nəticədə, İran vətəndaşının daxili orqanından, yəni düz bağırsağından cəmi 5 ədəd bükümdə, ümumi xalis çəkisi 118,909 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

XS
SM
MD
LG