Accessibility links

İranla sərhəddə narkotik şokoladlar


Azərbaycana narkotik şokoladların keçirilməsinin qarşısı alınıb
Azərbaycana narkotik şokoladların keçirilməsinin qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin (Bakıdan 180 kilometr cənub) “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Radmaneş Karkaj Suleyman Mohammadın əl yüklərinə gömrük baxışı zamanı şokoladların içərisində narkotik aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinin məlumatına görə, baxış zamanı onun əl yüklərinə daxil olan 1 ədəd sellofan torbanın içərisindəki şokolad-konfetlərin hamısının tərkibinin eyni olmadığı məlum olub. Belə ki, torbadakı eyni üsulla, eyni formada və eyni marka adı altında qablaşdırılan şokolad-konfetlərin yeddisində, ümumi xalis çəkisi 64,874 qram olan narkotik vasitə-tiryək olduğu müəyyən edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

XS
SM
MD
LG