Accessibility links

Cənubi Koreya prezidentinin Birləşmiş Ştatlara səfəri davam edir


Cənubi Koreya prezidenti Park Gin-He ABŞ Konqresinin birgə iclasında çıxış edib.

Koreya prezidentinin Vaşınqtonda görüşləri zamanı Şimali Koreya ilə bağlı müzakirələrin başlıca mövzu olacağı gözlənilir.

Xanım Park dünən Ağ Evdə prezident Barak Obama ilə görüşüb.

Birgə mətbuat konfransında cənab Obama ABŞ və Cənubi Koreyanın Şimalla diplomatik münasibətlər qurmağa hazır olduğunu deyib və əlavə edib ki, bunun üçün Pxenyan öz mövqeyini dəyişməlidir.

Cənab Obama Şimali Koreyanın böhran yarada biləcəcək günlərinin artıq geridə qaldığını deyib.

Prezident Park deyib ki, o və cənab Obama Şimali Koreyanın hədə və provokasiyalarına dözməyəcək və bu, Şimali Koreyanı daha da təcrid olunmuş vəziyyətdə qoyacaq.

Prezident Park deyib ki, bu mesaj ardıcıl olaraq Şimali Koreyaya çatdırılsa, ölkə liderinin mövqeyini dəyişməkdən başqa şansı olmayacaq.

Prezident Park Birləşmiş Ştatlara beş günlük səfər edir. O, səfərinə bazar ertəsi Nyu Yorkda start verib.
XS
SM
MD
LG