Accessibility links

Zəruri qidanın zəngin mənbəyi soya lobyalarıdır. Bu lobyaların tərkibində zülallar digər lobyalardan daha çoxdur. Soya lobyalarının zülalları ət və süddə olan zülallarla müqayisə edilə bilər.

Yağ tərkibinə görə soya lobyaları omega-3 turşusuna malik olan nadir bitkilərdəndir. Omega-3 yağ turşusunun ürək xəstəliklərindən müdafiəsi kimi sağlamlığa faydaları var.

Lobyalar dünyanın bir çox yerlərində yetişdirilir. Ancaq soya lobyalarının vətəni Amerika qitəsidir. Braziliya 2012-2013-cü illərdə 82 milyon ton soya lobyasi tədarük edib. Dünyanın üçüncü ixracatçısı Argentina isə 50 milyon ton lobya istehsal edib.

Lobya məhsullarının çoxu Çin tərəfindən idxal olunur. Çin dünyanın ən çox soya, ərzaq və yağ istehsalçısı kimi tanınır.

Avropa quşçuluq, mal-qara və donuz yemi üçün soya lobyaları alır. Soya lobyaları ilə qidalanan mal-qara, samanla qidalanan mal-qaradan daha çox süd verir.

Artan təlabat qarşısında ABŞ məhsul qiymətlərində son on ildə ikiqat artım müşahidə olunub.

Ancaq soya lobyaları bumunun sosial və ekoloji ziyanları nəzərdən qaçmamalıdır.

Məsələn, yerli sakinlərin evlərini və işlərini itirməsi, soya lobyaları yetişdirmək üçün ənənəvi qaydalara riayət edən fermerlərin torpaqlarından məcburi çıxarılılması, Amazon meşələrinin kəsilməsi yeraltı suların və havanın çirklənməsi səbəb olaraq göstərilə bilər.
XS
SM
MD
LG