Accessibility links

İsrail incəsənət xadimləri ölkənin siyasətini boykot edir


İsrail incəsənət xadimləri ölkənin siyasətini boykot edir
İsrail incəsənət xadimləri ölkənin siyasətini boykot edir

Teatr icmasının 50-dən çox üzvü Qərb sahilindəki yaşayış məskənində dövlətin maliyyələşdirdiyi tədbiri boykot etmək barədə qətnaməyə imza atıb

İsraildə aktyorlar, yazıçılar və film direktorlarından ibarət bir qrup şəxs İordan çayının qərb sahilindəki yəhudi yaşayış məskənində ifa etməyəcəyini bildirib. İsrail teatr icmasının 50-dən çox üzvü Qərb sahilinin şimalındakı Ariel yaşayış məskənində dövlətin maliyyələşdirdiyi tədbiri boykot etmək barədə qətnaməyə imza atıb. Baş nazir Benyamin Netanyahu Kabinet üzvlərinə deyib ki, İsrail hökuməti boykotu dəstəkləyən incəsənət xadimlərinə maliyyə yardımı göstərməməlidir. Onun sözlərinə görə, onların bu addımı iqtisadi və mədəni boykotla İsrailin legitimliyinə kölgə salınması istiqamətində aparılan beynəlxalq səylərə xidmət edir. Qeyd edək ki, dalana dirənmiş Yaxın Şərq sülh danışıqlarını bərpa etmək üçün İsrail və fələstinlilərin liderləri bu həftə Vaşinqtonda görüşməyə hazırlaşır.

XS
SM
MD
LG