Accessibility links

Dövlət Departamenti Ramil Səfərovla bağlı Azərbaycandan izahat istədi


Azərbaycanlı zabitin əfvindən sonra Dövlət Departamentinin Mətbuatla Əlaqələr Ofisinin sözçüsünün müvəqqəti müavini Patrik Ventrel açıqlama verib

Avqust ayının 31-i Maracarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Azərbaycana ekstradisiyası və Azərbaycan dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan əfv fərmanı ilə azadlığa buraxılmasından sonra ABŞ Dövlət Departamenti "Azərbaycanlı əsgərin əfvi" başlıqlı press-relis yayıb. Amerikanın Səsinin məlumatına görə, Dövlət Departamentinin Mətbuatla Əlaqələr Ofisinin sözçüsünün müvəqqəti müavini Patrik Ventrel (Patrick Ventrell) tərəfindən yayılan açıqlamada deyilir:

"Amerika Birləşmiş Ştatları Azərbaycan prezidenti İlham Əliyevin bu gün Macarıstandan ekstradisiya edilərək Bakıya qayıdan azərbaycanlı ordu zabiti Ramil Səfərovu əfv etməsi xəbərindən ciddi narahatlıq hiss keçirir. Cənab Səfərov 2004-cü ildə Budapeştdə keçirilən NATO treyninqində erməni zabit Qurgen Margaryanı qətlə yetirdiyinə görə Maracarıstanda ömürlük həbsə məhkum edilib.
Biz bu addımla əlaqədar olaraq Azərbaycana dərin narahatlığımızı çatdırır və izahat əldə etməyə çalışırıq. Biz habelə Macarıstan tərəfindən də cənab Səfərovun Azərbaycana ekstradisiyası qərarı barədə detallı məlumat öyrənmək istəyirik.
Biz regional gərginliyi artıracaq bütün addımları pisləyirik".

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG