Accessibility links

ABŞ dövlət katibi Hillari Klinton Sudan və Cənubi Sudanı müharibəyə gətirib çıxaran münaqişələri həll etməyə çağırıb.

Xanım Klinton bu gün paytaxt Cuba şəhərinə səfəri zamanı müxbirlərə Cənubi Sudanın prezidenti Salva Kiirlə görüşü barədə açıqlama verib. O, deyib ki, Sudan və Cənubi Sudan yerdə qalan problemləri həll etmək üçün biri-birinə güzəştə getməlidirlər. O, tərəfləri xüsusilə neft gəlirlərini bölməyə dair razılığa gəlməyə çağırıb.

Cənubi Sudan Sudanla şimalda neft kəmərinin istifadə xərclərinə dair mübahisələrə görə yanvar ayından bəri bütün neft hazilatını dayandırıb. Klinton deyib ki, Sudanın ikiyə bölünməsinə baxmayaraq onların gələcəyi və taleyi daim bir olacaq.

BMT iki ölkəyə öz aralarındakı mübahisəni avqustun 2-dək həll etmədikləri təqdirdə sanksiya tətbiq edəcəyi barədə xəbərdarlıq edib.
XS
SM
MD
LG