Accessibility links

Sudanda nümayişlər başlayıb


Sudanda nümayişlər başlayıb
Sudanda nümayişlər başlayıb

Sudan polisi paytaxt Xartumda küçələrə axışan nümayişçilərlə toqquşub. Yüzlərlə tələbə bahalaşan qiymətlər, hökumət və prezident Ömər əl-Bəşir əleyhinə şüarlar səsləndirib.

Qeydə alınan üç nümayişdən biri Xartumun mərkəzində, başqa ikisi isə lokal universitetlərdə təşkil olunub. Şahidlər deyirlər ki, məktəblərən birində tələbələr polisi daşa basmış, polis isə onları dəyənəklərlə vurmuşdur. Rəsmilər beş adamın həbs olunduğunu xəbər verir.

Tələbələr internetdə dinc nümayşlərə çağırışa cavab verdiklərini deyirlər. Nümayişlərin təşkilatçıları Tunis və Misirdə baş verən xalq üsyanlarından ilham aldıqlarını söyləyirlər.

Nümayişlər Cənubi Sudanın ayrılmağa səs verdiyi haqda rəsmi açıqlamanın verilməsi ilə eyni vaxta təsadüf edir.

XS
SM
MD
LG