Accessibility links

Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququ veriləcək


Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququ veriləcək
Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququ veriləcək

Səudiyyə Ərəbistanının kralı Abdullah dörd il sonra seçkilərdə qadınlara iştirak və səsvermə hüququ verib.

Kralın son bəyannaməsi 2015-ci il seçkilərinə şamil olunur. Növbəti seçkilər qarşıdan gələn cümə axşamı keçiriləcək, lakin qadınlara bu seçkilərdə iştirak etməyə icazə verilmir.

Kral Abdullah həmçinin deyib ki, qadınlar Məşvərətçi Şuraya təyin ediləcəklər. Kral tərəfindən müəyyən edilən bu şura məsləhətçi xarakter daşıyır və indiyədək qurumun bütün üzvləri kişilər olublar.

XS
SM
MD
LG