Accessibility links

ABŞ-ın “Sülh Korpusu”


Prezident Con Kennedi "Sülh Korpusu"nun könüllüləri ilə birlikdə
Prezident Con Kennedi "Sülh Korpusu"nun könüllüləri ilə birlikdə

1961-ci ildə Kennedi Sülh Korpusunu təsis edib.

Sülh Korpusunun yaranmasının tarixi bir vaxtlar senator olmuş Kennedinin Miçigan Universitetində tələbələr qarşısında çıxışı zamanı onlara inkişaf etməkdə olan ölkələrə səyahət edərək orada iki il ərzində yerli əhaliyə təhsil baxımından kömək etmək çağırışından başlayır. Bir müddət sonra, prezident inaqurasiyadan sonra Kennedi Sülh Korpusunu təsis edir və 51 nəfər könüllüdən ibarət ilk qrup ingilis dilini tədris etmək üçün Qanaya yollanır. Həmin gündən etibarən Sülh Korpusuna maraq artır və hər il 4 000-ə yaxın vəzifəyə 13 000 nəfər müraciət edir.

Sülh Korpusu
Sülh Korpusu

Sülh Korpusu 3 əsas missiya üzərində qurulub: inkişafda olan ölkələrə bu istiqamətdə yardım edəcək insanları göndərmək; çalışdığı ölkələrdə Amerika dəyərlərini və Amerika mədəniyyətini yerli əhaliyə anlatmaqda kömək göstərmək; amerikalılara digər xalqlar və mədəniyyətləri göstərmək.

Azərbaycanda 2003-2014-cü illərdə 500 Sülh Korpusu könüllüləri fəaliyyət göstərib.

Könüllülər Azərbaycanın müxtəlif regionlarında İngilis dilinin tədrisi, Gənclərin İnkişafı və İqtisadi İnkişaf sahələri üzrə texniki biliklərə olan ehtiyacların ödənilməsinə köməklik göstərib.

2014-cü ildə Azərbaycan hökuməti “Sülh Korpusu” ilə əməkdaşlıqdan imtina edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG