Accessibility links

Böyük Səkkizlərin sammiti ikinci gündür davam edir


Böyük Səkkizlər qrupuna daxil olaN ölkələrin dövlət başçıları ikinci gündür ki, terrorizm və korporativ vergidən yayınma ilə mübarizə üsulları, eyni zamanda Suriya böhranına dair yekdil qərara gəlmək istiqamətində danışıqlar aparır.

Britaniyanın Baş naziri Deyvid Kameron qrupun insan oğurluğu ilə məşğul olan terrorçularla heç bir halda danışıqlara getməməyə dair olduqca aydın bəyanat imzalamasını istədiyini bildirib.

Şimali İrlandiyada keçirilən Böyük Səkkizlər qrupunun zirvə görüşünün gündəliyinə korporasiyaların vətəndə vergidən yayınmasına imkan verən şərtlərin dayandırılması səylərinin müzakirəsi də daxildir.

Danışıqların ilk günü Suriya böhranı müzakirə edilib və Rusiya Suriya prezidenti Bəşar Əl-Əsədi dəstəklədiyinə görə tənqid edilib.

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında keçirilən görüşdə hər iki tərəf Suriyada zorakılığın dayandırılmasına dair razlıq əldə edib. Lakin tərəflər böhrana dair fərqli mövqelər tutduqlarını etiraf edib.
XS
SM
MD
LG