Accessibility links

Suriya qüvvələri şimal bölgələrə doğru irəliləyir


ABŞ-ın ordu rəsmiləri xəbərdarlıq edir ki, Suriya prezidenti Bəşər Əl-Əsədə sadiq qüvvələrin şimala doğru irəliləməsi Suriyada İslam Dövlətinə qarşı Amerikanın başçılığı ilə aparılan mübarizəni zəiflədə bilər.

Lakin onlar bunun zaman məsələsi olduğunu deyir. ABŞ ordusunun sözçüsünün bildirdiyinə görə, iki gün sonra hərbi əməliyyatların dayandırılmasına baxmayaraq, Suriya Rusiya qüvvələrindən yardım almağa davam edir.

Ötən həftə Beynəlxalq Suriyaya Dəstək qrupunun tərtib etdiyi plan Suriyada “hərbi əməliyyatların dayandırılmasına” çağırır.

ABŞ hökümətinin sözçüsü isə bildirir ki, dünyanın altı qüdrəti arasında əldə olunan bu razılıq döyüşlərin tamamilə bitəcəyini nəzərdə tutmur.

XS
SM
MD
LG