Accessibility links

Suriya üzrə beynəlxalq vasitəçi Kofi Annan dünya liderlərinə Suriyada vəzliyyətin daha pisləşə biləcəyilə bağlı xəbərdarlıq edib.

BMT-nin keçmiş baş katibi Annan Cenevrədə Təhlükəsizlik Şurasının üzləri ilə görüşüb. Cənab Annan altı maddədən ibarət sülh planına əməl olunmadığını deyib və əlavə edib ki, beynəlxalq ictimaiyyətin daha çox iş görməsinin vaxtı gəlib çatıb. Birləşmiş Ştatlar, Rusiya, Çin, Britaniya, Fransa və Ərəb ölkələrinin nümayəndələrinin iştirak etdiyi danışıqlar cənab Annanın sülh planının xilas edilməsi və böhranın siyasi həllinin tapılması yollarının müzakirə edilməsi məqsədilə keçirilir.

Suriyanın müttəfiqi olan Rusiya böhranın həllinin suriyalıların özləri tərəfindən müəyyən edilməli olduğunu deyib və Suriya perzidenti Bəşar Əl-Əsədin hakimiyyətdən getməsinə dair çağırışları rədd edib.

Cümə günü Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Hillari Klinton Suriyada artan zorakılıqların dayandırılması üçün həll yollarına dair danışıqlarda razılıq əldə edə bilməyib.
XS
SM
MD
LG