Accessibility links

Suriya danışıqlarında 2012-ci il “Cenevrə kommunikesi” istifadə ediləcək


Cenevrədə sülh danışıqlarında iştirak edən Suriya hökuməti və müxalifət nümayəndələri 2012-ci il “Cenevrə kommunikesi”ni danışıqların baza prinsipi kimi istifadə etməyə dair razılığa gəlib.

Sənəd Suriya münaqişəsinə son qoymaq üçün keçid hökumətinin yaradılması da daxil olmaqla, bir neçə mərhələ təklif edir.

Suriyanın SANA dövlət xəbər agentliyi danışıqlar başlanandan bəri hökumətin sənədin masa üzərində ətraflı işlənilməsinə tam hazır olduğunu elan etdiyini bildirib.

Müxalifət sözçüsü Louay əl-Safi tərəflərin sənədi danışıqların baza prinsipi kimi istifadə etməsinə razı olduğunu deyib.

Razılıq danışıqların beşinci günü əldə edilib. Hər iki tərəf BMT-nin Ərəb Liqasının vasitəçisi Laxdar Brahimi ilə görüşüb.

Bu arada Qərb xəbər agentliyi bildirib ki, Suriya hökuməti ölkənin bəzi resurslarını ələ keçirən əl-Qaidə ilə əlaqədar qruplardan neft və qaz alır.

Xəbər agentlikləri bildirib ki, İraq İslam Dövləti və Əl-Nusra Cəbhəsinin yaraqlıları neft və qaz biznesindən istifadə edərək əməliyyatlarını maliyyələşdirir.

Xəbər agentliyi məlumatı adı açıqlanmayan qərb rəsmilərinə istinad verib.

The Washington Post yazır ki, Suriyanın neft regionundan müxalifət fəalları yaraqlı qrupun Suriya hökumətinin hava hücumları həyata keçirməməsi əvəzində hökumət qüvvələrini yanacaqla təmin etdiyini deyib.
XS
SM
MD
LG