Accessibility links

Suriyanın 2014-cü ilin ortalarına qədər kimyəvi silah anbarlarının bütünlüklə məhvinə dair beynəlxalq razılıq çərçivəsində ölkədən kimyəvi silahların üçüncü partiyası çıxarılıb.

BMT və Beynəlxalq Kimyəvi Silahlara Qadağa Təşkilatının birgə bəyanatında kimyəvi silahların Çin, Danimarka, Norveç və Rusiya gəmilərinin müşayiəti ilə Norveç gəmisi vasitəsilə çıxarıldığı deyilir.

Bəyanatda həmçinin bəzi kimyəvi materailların ölkənin daxilində zərərsizləşdirildiyi bildirilir.

Beynəlxalq Kimyəvi Silahlara Qadağa Təşkilatı Suriyanın kimyəvi silahlardan bütünlüklə təmizlənməsi üçün iyun ayının 30-a qədər möhlət qoyub.

Bugünkü əməliyyata qədər Suriya kimyəvi silah anbarının yalnız beş faizdən az hissəsini məhv etmişdi.

Beynəlxalq Kimyəvi Silahlara Qadağa Təşkilatı keçən həftə fevralın 5-də kimyəvi silahların növbəti hissəsinin zərərsizləşdirilməsi üçün möhlətə əməl etmədikdən sonra Dəməşqi prosesi davam etdirməyə çağırıb.

Kimyəvi silahların zərərsizləşdirilməsinə dair razılıq keçən il avqust ayında Dəməşq yaxınlığında kimyəvi hücumdan sonra Birləşmiş Ştatlar və Rusiyanın vasitəçiliyi ilə əldə edilmişdi. Rusiya prezidenti Bəşar Əl-əsəd hücuma görə məsuliyyət daşıdığını rədd edərək, sentyabr ayında kimyəvi silah anbarlarının təhvil verilməsinə razı olmuşdu.
XS
SM
MD
LG