Accessibility links

İŞİD Suriya pilotunu ələ keçirdiyini iddia edir


İŞİD cümə günü Dəməşqdən cənub-şərqdə qəzaya uğramış Suriya döyüş təyyarəsinin pilotunu ələ keçirdiyi bildirib. Bu haqda militant qrupla əlaqədar xəbər agentliyi məlumat verib.

"Həmadan olan Əzzəm İd adlı pilot təyyarənin Dəməşqdən şərqdə qəzaya uğradığı yerdə paraşütlə enən zaman ələ keçirilib"-deyə Aaamaq xəbər agentliyi bildirib.

Agentlik MiG-23 tipli təyyarənin qalıqlarının göstərildiyi videonu paylaşaraq, onu təyyarəvuran silahlarla vurulduğu haqda məlumat verib.

Video görüntüdə İŞİD döyüşçülərinin yayan təyyarə ətrafında toplaşdığı göstərilib.

Suriyada İnsan Haqlarını Müşahidə qrupu İŞİD nəzarətində olan ərazi üzərində uçan Suriya təyyarəsinin Dəməşq ətrafında qəzaya uğradığını təsdiq edib. Lakin təşkilat təyyarənin vurulub-vurulmadığı və pilotla nə olduğu haqda bir söz söyləməyib.

Suriya hökuməti nə təyyarənin vurulması, nə də İŞİD-in pilotu ələ keçirməsi haqda məlumatla bağlı şərh verməyib.

XS
SM
MD
LG