Accessibility links

Suriya təhlükəsizlik qüvvələri bu gün 18 nəfəri qətlə yetirib (Yenilənib)


Suriya təhlükəsizlik qüvvələri bu gün 18 nəfəri qətlə yetirib (Yenilənib)

Suriya təhlükəsizlik qüvvələri bu gün 18 nəfəri qətlə yetirib (Yenilənib)

Şahidlərin dediyinə görə, ölkənin cənubunda artıq 5 həftədir hökumət əleyhinə davam edən etirazların qarşısının alınması daha da gücləndirilib və Suriya təhlükəsizlik qüvvələri tərəfindən bu gün 18 nəfər qətlə yetirilib. Hərbçilər və tankların Dəra şəhərinə daxil olmasından sonra maşına yerləşdirilmiş cəsədləri görənlərin olduğu deyilir.

İnsan haqlarını müdafiə qruplarının məlumatında paytaxt Dəməşq yaxınlığındakı Douma şəhərində də təhlükəsizlik qüvvələrinin silahdan istifadə etdiyi bildirilir. İordaniya rəsmiləri insan axınının qarşısının alınması məqsədi ilə Suriya ilə sərhədi bağlandığını bildirir. Suriya rəsmiləri isə bunu inkar edir.

XS
SM
MD
LG