Accessibility links

Suriyadan hər gün 300-dən artıq qaçqın sığınacaq sorağı ilə Türkiyəyə üz tutur




Hər gün Suriyadan 300-dən artıq qaçqın sığınacaq sorağı ilə Türkiyəyə üz tutur.
Suriyanın veryolyotları sərhəd bölgələrə sıx tüstü yaradan raketlər, minarələrdən isə snayperlər qaçqın axınına mane olmağa çalışır. Kilis Türkiyə ərazisində yerləşən qaşqın düşərgəsidir.

Bir neçə km-lik məsafədə isə Suriya bayrağı dalğalanır. Suriya qüvvələri sərhədlərdən vaxtaşırı hücumlar həyata keçirir. Aprel ayında belə hücumlardan birində iki adam həlak olmuş, 23 nəfər yaralanmışdı.

Müdafiə mahiyyəti daşıyan beton divar indi Əsəd rejiminə qarşı rəsm kətanına çevrilib.
Suriyadan Türkiyəyə 27 min qaçqın keçib. Münaqişənin yaxın zamanda bitəcəyinə dair ümidlər isə puça çıxıb.

Burada xəstələr və yaralılar üçün klinika xidmət göstərir mağazalar,məscid və camaşırxanalar açılıb.

Narahatlıqlara baxmayaraq, qaçqınlar Türkiyə hökumətinə onlara sığınacaq verdiyi üçün minnədardır. Onların qəzəbi Rusiya kimi Əsəd hökumətinin müttəfiqlərinə qarşı yönəlib.

İran, Rusiya və Venesuela kimi ölkələr Əsəd rejimini dəstəkləyir.

Sərhədyanı bölgələrdəki hücumların ölüm növbəsinin birinci sırasında olan qaçqınlar beynəlxalq siyasətin müşküllüyündən çox az xəbərdardır.
XS
SM
MD
LG