Accessibility links

Suriya müxalifəti Cenevrə danışıqlarına üsyançıların dəstək verməsinə çalışır


Suriya müxalifətinin Qərb tərəfindən dəstəklənən koalisiyası Cenevrədə danışıqlara Suriyanın özündə döyüşən üsyançı qüvvələrdən dəstək aldığı halda qatılacağını elan edib.

Suriya Milli Koalisiyasının sözçüsü Xalid Saleh İstanbulda keçirilən iclasın ikinci günü müxbirlərə deyib ki, müxalifətin nümayəndə heyəti Suriyada üsyançı qüvvələrin Suriya Azadlıq ordusunun müxtəlif briqadaları ilə gələn günlər ərzində görüşlər keçirəcək.

Xalid Salehin sözlərinə görə, Suriya Milli Koalisiyası Cenevrəyə getsə, üsyançı qüvvələrin üzvləri nümayəndə heyətinin bir hissəsi olacaq.

Koalisiyasının üzvləri Suriyanın özündə döyüşən qüvvələrlə əlaqə olmadığı ilə bağlı tənqidlərə görə, üsyançı qüvvələrin birləşmələri, icma liderləri və fəalların dəstəyini almağa çalışır.
XS
SM
MD
LG