Accessibility links

Suriyanın müxalif fəalları deyir ki, paytaxtda 9 nəfərin ölümü ilə nəticələnən partlayışdan sonra bu gün qırıcı təyyarələr Dəməşq yaxınlığında hədəfləri bombalayıb.

Böyük Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, hökumətin hava hücumları əsasən üsyançıların istehkamı sayılan Doma kimi ərazilərdə həyata keçirilməkdədir.

Dövlətə məxsus Sana Xəbər Agentliyi üsyançıları "terrorçu" adlandıraraq, onların dünən Dəməşqdəki yanacaq doldurma məntəqələrindən birində partlayıcı vasitələrdən istifadə etdiyini bildirib.

Hələlik hadisəyə görə məsuliyyəti öz üzərinə götürən olmayıb.
XS
SM
MD
LG