Accessibility links

Suriya hökuməti ölkənin şimalına tanklar və vertolyotlar göndərib


Suriya hökuməti ölkənin şimalına tanklar və vertolyotlar göndərib
Suriya hökuməti ölkənin şimalına tanklar və vertolyotlar göndərib

Insan hüquqları müdafiəçiləri Suriya silahlı qüvvələrinin ilə Türkiyədə sərhəddə yerləşən Cisr əl-Şuqur şəhərinə hücum etdiyini bildirir. Onların sözlərinə görə, ordu tanklar və vertolyotların müşayiəti ilə şəhərə iki istiqamətdən hücum edib. Şahidlər silahlı qüvvələrin şəhərdə mövqeləri tutduqca partlayış səslərinin eşidildiyni bildirir. Suriyanın dövlət mətbuatı hökumət qüvvələrinin şəhərə silahlı şəxslərin yollarda və körpülərdə yerləşdirdiyi partlayıcıları təmizləmək üçün daxil olduğunu bildirib. Hökumət Cisr əl-Şuqurda “silahlı bandaları” təhlükəsizlik işçilərini qətlə yetirməkdə ittiham edib və qrupla mübarizə aparmaq üçün şəhərə daxil olduğunu bildirib. Şəhərin minlərlə sakini hərbi qüvvələrin şəhərə daxil olmasından öncə sərhəddi keçərək, Türkiyəyə pənah gətirib. Beynəlxalq ictimaiyyət Suriya hökumətini nümayişləri qəddarlıqla dağıtmasını tənqid edir.

XS
SM
MD
LG