Accessibility links

Suriya hökumətinin hərbi kampaniyası nəticəsində daha bir neçə adam həlak olub

  • Amerikanın səsi

Suriya hökumətinin hərbi kampaniyası nəticəsində daha bir neçə adam həlak olub

Suriya hökumətinin hərbi kampaniyası nəticəsində daha bir neçə adam həlak olub

Suriya hökumətinin nümayişçilərə qarşı zorakılıqları nəticəsində daha bir neçə insanın öldüyü bildirilir. Bazar günü Homs şəhərində daha üç adamın öldüyü haqda xəbər verilir.

Hökumət əleyhdarı fəalların bildirdiyinə görə, prezident Bəşar Əl-Əsədə qarşı yeddi aydır sürən müxalifət hərəkatının mərkəzi hesab edilən şəhərdə artıq beşinci gündür hərbi kampaniya davam edir.

İnsan tələfatı haqda xəbərlər Əsəd hökumətinin Ərəb Liqasının hökumət əleyhinə nümayişlərin zorakı şəkildə yatırılmasına son qoyulmasını nəzərdə tutan planını qəbul etməsindən sonraya təsadüf edir.

Ərəb Liqasının başçısı Nabil Əl-Ərəbi zorakılıqlarla bağlı təəssüfünü bildirub və zorakılıqlara son qoyulmasa, bunun ölkə və region üçün fəlakatli nəticələri olacağı haqda xəbərdarlıq edib.

XS
SM
MD
LG