Accessibility links

Suriya hökumətin nəzarətindəki kəndlərə hücumlar edilib


Suriya dövlət mediasının bildirdiyinə görə, Həma vilayətindəki iki kənddə həyata keçirilən bomba hücumları 11-i uşaq olmaqla, 18 nəfərin ölümünə səbəb olub. Dövlət televiziyası bu gün Cibrin və Humayri kəndlərindəki hücumlar zamanı 50 nəfərin də yaralandığını bildirib.

Bomba hücumlarının həyata keçirildiyi kəndlər hökumətin nəzarəti altındadır, kənd sakinləri isə prezident Bəşar Əl-Əsədin Ələvilər təriqətinə məxsusdurlar.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi Təşkilatı hücumlarla bağlı xəbəri təsdiq edərək, 15 nəfərin öldüyünü bildirib.

Hücumların məsuliyyətini üzərinə götürən olmasa da, Əl-Qaidə vaxtaşırı hökuməti hədəf alan belə hücumlar həyata keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG