Accessibility links

Tacikistan polisi keçən il həbsxanadan qaçan yaraqlıların axtarışını davam etdirir


Tacikistan polisi keçən il həbsxanadan qaçan yaraqlıların axtarışını davam etdirir
Tacikistan polisi keçən il həbsxanadan qaçan yaraqlıların axtarışını davam etdirir

Tacikistan rəsmiləri təxminən bir il bundan əvvəl həbsxanadan qaçan yaraqlılardan birinin polis tərəfindən öldürüldüyünü, başqasının isə yaralandığını xəbər verir. Digər xəbərdə isə deyilir ki, bazar ertəsi Əfqanıstan sərhədi yaxınlığında yaraqlılarla atışma zamanı bir polis işçisi öldürülmüş, ikisi isə yaralanmışdır.

Keçən ilin avqust ayında Düşənbə həbsxanasından qaçan 25 məhbusun bir hissəsinin yaraqlıların dəstəsinə qoşulduğu deyilir. Həbsxanadan qaçarkən məhbuslar beş keşikçini qətlə yetirmişdilər. Məhbuslardan 16-sının yaxalandığı, 7-sinin isə öldürüldüyü bildirilir.

XS
SM
MD
LG