Accessibility links

ABŞ əsgəri əsirlikdə olarkən işgəncələrə məruz qaldığını deyib


Beş Taliban terrorçusu ilə dəyişdirilən ABŞ əsgəri Amerika hərbi rəsmilərinə deyib ki, beş il əsirlikdə olarkən ona işgəncə verilib, döyülüb və dəmir barmaqlıqlar arxasında saxlanıb.

ABŞ mənbələri xəbər agentliklərinə deyib ki, ordu çavuşu Bou Berqdal Əfqanıstanda əsir olarkən iki dəfə qaçmağa cəhd etdikdən sonra cəzalandırılıb.

Bir həftə bundan əvvəl Quantanamo təcridxanasında saxlanılan beş Taliban döyüşçüsü ilə dəyişdirilən Berqdal Almaniyada müalicə edilir.

Berqdalın Talibanın əlinə necə düşməsi haqda suallar hələ də cavabsız qalıb.

Berqdalın əsgər yoldaşı 2009-cu ilin iyununda onun hərbi bazadan çıxaraq harasa getdiyini deyib.

Berqdalın ABŞ-a nə zaman dönməsi barədə məlumat verilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG