Accessibility links

Əfqanıstanın yeni prezidenti Əşrəf Qaninin andiçmə mərasimi keçirilib


Əfqanıstanda ölkənin yeni prezidenti Əşrəf Qaninin inaqurasiya mərasimi keçirilib. Təntənəli mərasim ölkədə ilk dəfə prezidentliyin demokratik yolla ötürülməsini qeyd edib.

Yüksək təhlükəsizlik tədbirləri altında dünyanın müxtəif ölkələrindən gəlmiş nümayəndə heyətləri siyasi və dini liderlərin iştirak etdiyi mərasimə qoşulublar.

Sabiq prezident Həmid Karzayın başçılığı altında maliyə naziri vəzifəsini icra edən Qani, Taliban da daxil olmaqla müxalifət qruplarını ölkənin gələcəyini müzakirə etmək üçün danışıqlar masasına dəvət edib.

Seçkilərdən sonra bir neçə ay davam edən siyasi böhranın aradaın qaldırılmasına yönəlmiş səlahiyyət bölgüsünün tərkib hissəsi olaraq ölkənin yeni baş icraçı rəhbəri seçilən rəqib namizəd Abdulla Abdulla da and içib.

İnaqurasiya günü zorakılıqsız keçməyib. Taliban Kabil hava limanı yaxınlığında azı dörd nəfərin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG