Accessibility links

Bu gün Pakistanın şimal-qərb bölgəsində Taliban yaraqlılarının hərbçilərə hücumu nəticəsində səkkiz əsgərin öldürüldüyü, bir neçəsinin yaralandığı bildirilir.

Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, Əfqanıstanla sərhəddə, qəbilələrin yaşadığı Cənubi Vəziristanda baş verən atışma zamanı ordu tərəfindən 10 yaraqlı öldürülüb.

Bundan əvvəlki məlumatda ölən əsgərlərin sasyının 9 olduğu deyilmişdi.

Hücumun məsuliyyətini Pakistandakı Taliban qrupu öz üzərinə götürüb.
XS
SM
MD
LG