Accessibility links

Hindistan və Pakistan Türkmənistandan təbii qazın nəqlinə dair razılıq əldə edib


Hindistan və Pakistan Türkmənistandan təbii qazı Əfqanıstan ərazisi isə nəql edəcək bir neçə milyard dollarlıq kəmərin inşasına dair razılıq əldə edib.

Müqavilənin imzalanması mərasimində iştirak etmək üçün Hindistan və Pakistan rəsmiləri Türkmənistana səfər edib. Razılığa əsasən,dünyanın təbii qaz ehtiyatlarına görə dördüncü ən böyük ölkəsi olan Türkmənistandan Əfqanıstan ərazisi ilə Pakistan və Hindistana gündə 90 milyon kubmetr təbii qaz nəql ediləcək.

Türkmənistandan ixrac edilən qazın böyük hissəsi 2030-cu ilə qədər enerjiyə ehtiyacın iki dəfə artacağı gözlənilən Hindistan və Pakistanda yanacağa olan tələbatın ödənməsinə kömək edəcək. Qazın qalan hissəsi isə müharibədən çıxmış Əfqanıstanda elektrik cərəyanının kəsilməsi kimi ciddi problemin həll edilməsi üçün istifadə ediləcək.

Dörd ölkəni birləşdirəcək uzunluğu 1800 kilometr olan qaz kəməri layihəsinin gerçəkləşdirilməsi fikri1990-cı illərdə yaranmışdı. Lakin Əfqanıstanda vətəndaş müharibəsi onun gerçəkləşməsinə mane olmuşdur.

7,6 milyard dollara başa gələcək kəmərin inşasının beş il sürəcəyi gözlənilir.

XS
SM
MD
LG