Accessibility links

Milli Tarix Muzeyində “Azərbaycan Cümhuriyyəti. 1918-1920” bölməsinin açılışı olacaq


Milli Azərbaycan Tarixi Muzeyi

Milli Azərbaycan Tarixi Muzeyi

Mayın 26-da Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Cümhuriyyəti. 1918-1920” bölməsinin yeni quruluşda açılışı olacaq.

Milli Azərbaycan Tarixi Muzeyinin məlumatına görə, bölmədə müsəlman Şərqində ilk Demokratik Respublikanı daha dolğun və ətraflı nümayiş etdirmək üçün əsaslı dəyişikliklər edilib. Bölmə iki zaldan ibarətdir: “Azərbaycan Cümhuriyyətinin yaranması. Qafqaz İslam Ordusu” və “Azərbaycan Cümhuriyyətinin fəaliyyəti”.

Bölmədə nümayiş olunan 150-ə yaxın tarixi eksponatlar sırasında Azərbaycanın İstiqlal Bəyannanməsinin 1919-cu ildə Parisdə göstərilmiş nüsxəsi, Qafqaz İslam Ordusunun azərbaycanlı və türk əskər və zabitlərinin silah, ləvazimat və əşyaları, Cümhuriyyət liderlərinin şəxsi əşyaları, 1918-1920-ci illərdə Cümhuriyyətin parlament və hökumətinin qəbul etdiyi qərarlar, Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə olduğu zaman hazırlatdığı Azərbaycan bayrağı böyük maraq kəsb edir. Həmçinin bölmədə qurulmuş monitorda M.Ə.Rəsulzadənin Azərbaycan Cümhuriyyətinin fəaliyyəti haqqında söylədiyi tarixi nitq səsləndirilir.

XS
SM
MD
LG