Accessibility links

Zəlzələ nəticəsində Taynan şəhərində 17 mərtəbəli bina dağılıb

Tayvan polisi şənbə günü güclü zəlzələ nəticəsində Taynan şəhərində dağılaraq 40 nəfərin həyatına son qoyan 17 mərtəbəli binanın inşaatçısını həbs edib.

Ehtiyatsızlıqdan ölümə səbəb olmada ittiham olunan Lin Minq-Huinun binanın inşasında istifadə etdiyi metod və materiallara dair suallar qaldırılıb. Bu suallar dağıntılar nəticəsində kompleksin dağılan divarlarında icki konservləri və penoplastın olduğu göstərən fotoların yayılmasıdan sonra diqqətə gəlib.

Dağıntılar altından 300-dən çox insan xilas edilsə də, hələ də 100 nəfərin dağıntılar qaldığı bildirilir. Kranlardan və dinləyici qurğularıdan istifadə edən xilasedicilər 24 saat fasiləsiz çalışaraq sağ qalanların axtarışını davam etdirir.

Dünən dağıntılar altında 8 yaşlı qız da daxil olmaqla 4 nəfər xilas edilib. Onlar dağıntılar altında 60 saata yaxın sağ qala biliblər.

Şənbə günü sübh çağı 6.4 bal gücündə baş verən zəlzələ 12 binanı ya qismən, ya da tam dağıdıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi dünən jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi zəlzələdən əziyyət çəkənlərə yardım etməsi üçün Tayvan Qırmızı Xaç Cəmiyyətinə 500 min dollar ayırıb.

XS
SM
MD
LG