Accessibility links


Təbriz Universiteti və Təbriz Tibb Universitetinin Birliyi (İslami Əncümən) Azərbaycan türklərinə qarşı tətbiq edilən təzyiqlər, azərbaycanlı siyasi məhbuslar, habelə yeni prezidentin seçki kampaniyaları zamanı verdiyi vədlərlə bağlı İrana yeni prezident seçilmiş Həsən Ruhaniyə açıq məktub unvanlayıb.

Daneçcu News veb səhifəsində qeyd edildiyi kimi, universitetlər birliyi Həsən Ruhaniyə bu sualları ünvanlayıb: “Cənab prezident, məsuliyyətləriniz çərçivəsində hazırda ağır durumun yüngülləşdirilməsi üçün addımlar atacaqsınızmı? Sizin müsbət fəaliyyətlərinizin azərbaycanlı siyasi məhbuslara da yararı olacaqmı? ... Urmiyə gölünə özəl diqqət göstərəcəyiniz, eləcə də Türk Dili Qurumunun təsisi ilə bağlı verdiyiniz sözlərinizə əməl edəcəksinizmi? Dörd ildən artıqdır Tehranın Evin zindanında həbsdə saxlanılan və bir gün belə məzuniyyətə getməsinə icazə verilməyən Səid Mətinpur kimi həbsdəki milli fəalların hüquqlarının pozulmasına etiraz edəcəksinizmi?”

Məktubda həmçinin daha əvvəl məhkum olunmuş və doqquz illik həbs hökmü Təbriz Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilən Yeni GAMOH üzvlərinə də toxunulub.
XS
SM
MD
LG