Accessibility links

Təbrizdə həbsdə olan tələbəyə 40 şallaq zərbəsi vurulub


Əmir Çəməni
Əmir Çəməni
“Təbriz zindanında doqquz aylıq həbs hökmünü keçirməkdə olan tələbə Əmir Çəməniyə 40 şallaq zərbəsi vurulub,” - deyə Azərbaycan veb səhifələri bildirir.

Təbrizli tələbə fəal bu il yanvarın 13-də İranın təhlükəsizlik işçliləri tərəfindən nəzarət altına alınaraq Ettelaat həbsxanasına aparılıb və orada iki həftə saxlandıqdan sonra daha öncə məhkum olduğu doqquz ay həbs cəzasını çəkmək üçün Təbriz zindanına göndərilmişdi.

İnsan haqlarını müdafiə edən qurumların bildirdiyinə görə, Əmir Çəməni 2012-ci ildə Təbriz İnqilab Məhkəməsinin hakimi Rəhim Həmlbər tərəfindən “İranın ali ruhani liderini təhqir etmək” ittihamı ilə günahlandırılaraq 6 ay həbs, “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamına görə 3 ay həbs və “İran prezidentini təhqir etmək” ittihamı ilə isə 40 zərbə şallağa məhkum edilmişdi.

AZOH saytı yazır ki, Təbriz Azad Universitetinin sosiologiya bölümü tələbəsinin şallaq hökmü ötən həftə Təbriz zindanı məmurları tərəfindən icra edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG