Accessibility links

ABŞ-ın avtomobil şirkətləri sürücüsüz avtomobillərin istehsalına hazırlaşır [Video]

  • Nərminə Cəlalqızı


Birləşmiş Ştatlarda insanlar sürücüsüz avtomobillər görəndə yəqin ki, təəccüblənəcəklər. Sürücüsüz avtomobillər hal-hazırda Florida, Nevada və Kaliforniya ştatlarında təcrübədən keçir.

Yüksək texnologiyaya malik Google şirkəti artıq özünü idarə edən avtomobillər istehsal etməyə başlayıb ki, avqust ayında həmin avtomobillər 480 min km. məsafə qət ediblər.

Birləşmiş Ştatlar və Avropanın aparıcı avtomobil şirkətləri də yüksək texnologiyalı avtomobillərin istehsalına can atırlar. Volvo şirkəti artıq belə avtomobilləri təcrübədən keçirir və sürücüsüz avtomobillərin satışına 2020-ci ildə başlamağı planlaşdırdığını deyir.

Bu ilin sentyabr ayında Kaliforniya qubernatoru Cerri Braun ştatda sürücüsüz avtomobillərinin istifadəsinə icazə verən qanunu imzaladı. “Bu gün bizim elmi fantastika hesab etdiyimiz layihə sabahın reallığına çevrilir – sürücüsüz maşın kimi.” deyə, qubernator buildirir.

Texnologiyaya əsasən belə avtomobillərdə kameralar, radar və hərəkət sensorları var.
Bu layihə Birləşmiş Ştatların hökumətinin DARPA - Müdafiə Araşdırmalar Mərkəzi tərəfindən maliyyələşdirilir. Rand Korporasiyasından mühəndis Riçard Meyson 2004-cü ildən 2007-ci illədək Müdafiə Araşdırmalar Mərkəzində avtomobillərin dizaynına yardım edib. “Hər iki ildən bir maşınlar geri qayıtdı və onlar əvvəlkindən 10 dəfə çox məlumat topladılar. İndi onlar həm də baha başa gəlirlər. Amma qabiliyyətləri də xeyli yüksəkdir.”

Bu yaxınlarda Los-Ancelesdə keçirilən avto-şouya gələnlər gələcəyin avtomobillərini gördülər. Amerika-Honda şirkətindən Enci Nucci gələcək Mitsubişi avtomobilinin daha qənaətcil, yeni elektronik Hondanın isə daha təhlükəsiz olduğunu deyir. “Sərnişin tərəfdəki güzgüyə yerləşdirilmiş kamera əslində sizin başqa xəttə təhlükəsiz keçmənizə yardım edir.”

Bu avtomobillərin yan və qarşı tərəflərində də təhlükəsizliyi təmin edən sistemlər quraşdırılıb.

Bu sistemlər sürücülərə yardım edir, onları əvəz etmir. Peterson Avtomobil Müzeyinin kuratoru Lesli Kendal sürücüsüz avtomobillərin yolları daha təhlükəsiz edəcəyini deyir. “İnsanları nəqıliyyat sistemindən çıxarmaqla qəza şanslarını azaltmış oluruq.”

Amma istehlakçılar nəzarəti əldən verməkdə tərəddüd göstərirlər. Lesli Kendall bu texnologiyanın etibarlılığına tam əmin olmaq üçün zaman tələb olunduğunu deyir.

Riçard Meyson bu texnologiyanın artıq işlədiyini, lakin ən böyük problemin sürücüsüz maşınların alıcılar üçün məqbul qiymətə endirilməsi olduğunu deyir.
XS
SM
MD
LG