Accessibility links

Tehran məhkəməsi Mirhüseyn Musəvinin seçki qərargahının rəhbərinə 10 il həbs verib


Tehran məhkəməsi Mirhüseyn Musəvinin seçki qərargahının rəhbərinə 10 il həbs verib
Tehran məhkəməsi Mirhüseyn Musəvinin seçki qərargahının rəhbərinə 10 il həbs verib

Yaqub Məleki İranda 2009-cu ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz etdiyi üçün ETTELAAT tərəfindən həbs edilib.

Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi azərbaycanlı siyasi fəal Yaqub Məlekini 10 il müddətinə azadlıqdan məhrum edib.
APA-nın məlumatına görə, Yaqub Məleki İranda 2009-cu ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz etdiyi üçün İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib. Azərbaycanlı siyasi fəal xarici ölkələrlə əməkdaşlıqda ittiham olunub.
Qeyd edək ki, Yaqub Məleki ölkədəki prezident seçkilərində müxalifət düşərgəsindən prezidentliyə əsas namizədlərdən biri olmuş və hazırda ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvinin Urmiya şəhərindəki seçki qərargahının rəhbəri olub. 8 il İran-İraq müharibəsində iştirak etmiş azərbaycanlı siyasi fəal ixtisasca hərbi pilotdur və ABŞ-da təhsil alıb.

XS
SM
MD
LG