Accessibility links

Bakıda Fulbright proqramının 70-ci ildönümü qeyd edilib


Dekabrın 14-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın iqamətgahında The Fulbright Proqramının 70-ci ildönümü münasibəti ilə toplantı təşkil edilib. Toplantıda 60-dan çox Fulbright Proqramının məzunu, təhsil sahəsində çalışanlar və proqramın digər tərəfdaşları iştirak edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, Azərbaycanda 160 Fulbright məzunu var və bu rəqəm hər il Fulbright Foreign Student, Fulbright Visiting Scholar və Humphrey proqramlarının yeni iştirakçıları sayəsində artmaqdadır.

1946-cı ildən dünya üzrə 370 000 Fulbright Proqramının iştirakçıları (33 dövlət rəhbərləri, 54 Nobel laureatı və 82 Pulitzer mükafatının qalibi daxil olmaqla) qlobal çağırışlar haqqında öyrənərək, beynəlxalq mübadilə proqramı vasitəsilə yeni əlaqələr qurmağa nail olublar.

“Biz Azərbaycanın Fulbright icması və məzunlarımızın öz ölkələrində əldə etdikləri nailiyyətlərlə qürur duyuruq”, səfirliyin məlumatında qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG