Accessibility links

ABŞ səfiri Azərbaycan təhsilinin təmsilçiləri və mübadilə proqramlarının məzunları ilə görüşüb [Video]


Amerika səfiri ABŞ-da təhsil almış Azərbaycan vətəndaşları üçün qəbul keçirib
please wait

No media source currently available

0:00 0:02:36 0:00

U.S. Secretary of State John Kerry (L) gives a pair of Idaho potatoes as a gift to Russia's Foreign Minister Sergei Lavrov at the start of their meeting at the U.S. Ambassador's residence in Paris, France.

ABŞ-Azərbaycan mübadilə proqramlarının 4 mindən çox məzunu var

Sentyabrın 26-da Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar təhsil ictimaiyyətinin çoxsaylı təmsilçiləri və ABŞ mübadilə proqramlarının məzunları üçün iqamətgahında qəbul təşkil edib.

Səfir Morninqstar hesab edir ki, mübadilə proqramları iki ölkə arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynayır. “Proqramların məzunları hər iki ölkədə biznes, mədəniyyət və siyasət sahələrində liderlərdir”.

ABŞ-Azərbaycan mübadilə proqramlarının 4 mindən çox məzunu var. Hazırda hər il 150-200 azərbaycanlı ABŞ tərəfindən maliyyələşdirilən mübadilə proqramları çərçivəsində Amerikaya gedir. İl ərzində 40-50 amerikalı da Azərbaycana gəlir. Orta və ali məktəbləri, həmçinin peşəkarları əhatə edən 15 mübadilə proqramı fəaliyyət göstərir.

ABŞ səfirliyi Azərbaycan Təhsil Nazirliyi ilə proqramlar üzrə əməkdaşlığa xüsusi önəm verir.

“Təhsil Nazirliyi Fulbrayt tələbə proqramının yarısını maliyyələşdirməklə yanaşı, Amerikanın orta məktəb və bakalavr proqramlarına da dəstək verir. Bu, həqiqi əməkdaşlıqdır və ABŞ-Azərbaycan münasibətlərini əks etdirən dostluq nümunəsidir. Biz əməkdaşlığımızı daha da inkişaf etdirməyə ümidliyik”, - deyə səfir bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG