Accessibility links

Silahlı Qüvvələrin 96-cı ildönümü münasibətilə irimiqyaslı təlim keçirilib


Hərbi təlim

Hərbi təlim

Təlimdə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmələri iştirak edib

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə iyunun 26-da Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin birgə irimiqyaslı əməliyyat-taktiki təlimi keçirilib.

“AzərTAc”ın məlumatına görə, prezident İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izləyib.

Dövlət başçısı birgə əməliyyat-taktiki təlimində nümayiş etdiriləcək təlim yerlərinin ümumi sxeminə baxıb, hərbi texnika və şəxsi heyətin geyim və ərzaq təchizatı nümunələri ilə tanış olub.

Sonra prezident bölmələrin, hissələrin və silah sistemlərinin döyüş tətbiqi üzrə təlimlərini izləyib.

Təlimlərə ümumilikdə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemləri, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilib.

Təlimdən sonra prezidenti İlham Əliyev hərbçilər qarşısında çıxış edib.

XS
SM
MD
LG