Accessibility links

ABŞ rəsmiləri San Bernardinoda baş verənləri "terror aktı" kimi təhqiq edir


ABŞ mediasında San Bernardino qətliamının icraçılarından biri olan Təşfin Malikin İslam Dövləti ilə əlaqəsi olduğuna dair xəbərlər yayılıb. Onun Facebook səhifəsində İŞİD-ə sədaqət andı içdiyi deyilir.

Ehtimal edilir ki, Səid Fərruxun xanımı Malik Facebook-da İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içib. Andın başqa ad altında Facebook-a yerləşdirildiyi güman edilir.

FBI rəsmisi David Bowdich mətbuat konfransında. San Bernardino, Kaliforniya, 4 dekabr, 2015.
FBI rəsmisi David Bowdich mətbuat konfransında. San Bernardino, Kaliforniya, 4 dekabr, 2015.

New York Times qəzetinin yazdığına görə, qrupun Malikini hücuma göndərdiyinə dair heç bir dəlil əldə edilməyib.

Fox News onların ya birinin, ya da hər ikisinin Əl-Qaidə ilə əlaqəsinə dair məlumat yayıb.

Kaliforniya ştatının San Bernardino şəhərində Sosial Xidmətlər Agentliyinin keçirdiyi bayram mərasimi zamanı 14 nəfəri öldürən və 21 nəfəri yaralayan 28 yaşlı Səid Fərrux və onun xanımı 27 yaşlı Təşfin Maliki polislə atışma zamanı öldürülüb.

İŞİD dünya boyu insanları təşkilat adından terror hücumları törətməyə çağırıb, lakin hələ ki, San Bernardinodakı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

FBI ifrat planlaşdırmaya dair dəlil aşkar edib.

Mətbuat konfransında Federal Təhqiqat Bürosunun (FBI) rəsmisi David Bowdich hökumət orqanlarının hadisəni terror aktı kimi təhqiq etdiyini bildirib.

İndiyədək qətliamla bağlı heç kəs həbs edilməyib, lakin hüquq-mühafizə orqanları bunu istisna etmirlər.

Fərruxların qohumları cütlüyün radikal baxışlara malik olduğundan bixəbər olduğunu və hücumun hansı səbəb üzündən baş verdiyini bilmədiklərini deyir.

XS
SM
MD
LG