Accessibility links

Elm

Təyyarə sərnişinləri üçün uçuş məktəbi [Video]


2004-cü ildən həyata keçirilən təlimlər əvvəllər yalnız neft şirkətlərinin işçiləri üçün nəzərdə tutulurdu. 15000-ə yaxın insan bu təlimlərdə iştirak etmişdi ki, onların çoxu işlədikləri şirkətlər tərəfindən təlimlərə göndərilmişdi. Hazırda Londonun Heathrow Hava Limanının yaxınlığındakı təlim mərkəzi 265 dollar ödəməyə hazır olan hamı üçün açıqdır.

Təlim tam hərəkətli simulyator kabinəsinin içində keçirilir. Buradan Britaniya Hava Yollarının ekipajı da istifadə edir. Kabinədə iştirakçılar özlərini həqiqi uçuşda olduqları kimi hiss edirlər. Təlim uçuşla başlayır.

Biraz keçmədən bir sıra şeylər baş verir.

Təcili eniş elan edildikdən sonra sərnişinlərə təyyarədən evakuasiyası anladılır.

Təhlükəsizlik üzrə təlimçi Endi Klub deyir ki, təhlükəsizlik prosedurundan keçmək uçuşla bağlı narahatlığı azaldır.

Endi Klub: "Biz evakuasiya və təcili yardım təlimləri ilə başlayırıq. Bu insanları düşünməyə vadar edir və burada onlar həqiqətən də təhlükəsizliklə bağlı hər şeyi öyrənir."

İştirakçılar həmçinin suya enişi, təhlükəsizlik qapısını açmağı və sürüşüb təyyarədən çıxmağı, təhlükəsizlik avadanlıqları ilə tanış olurlar.

Endi Klub: "Bir şeyin baş verdiyini anlamaq və bu halda nə etməyi bilmək, insanlara az da olsa baş verənlər üzərində nəzarət hissi verir."

Sarah Piyerson deyir ki, təlim onun hər zaman nümayiş etdirilən təhlükəsizlik tədbirlərinə baxışını dəyişdirib.

Sarah Piyerson: "Təlimə qatıldıqdan sonra mənim fikirlərim büsbütün dəyişib və məndə ekipajın təhlükəsizlik üçün etdiklərinə minnətdarlıq hissi yaranıb."

Piyerson deyir ki, növbəti dəfə təyyarəyə minəndə, artıq onda təhlükə anında nə etmək haqda plan olacaq.

XS
SM
MD
LG