Accessibility links

Aprelin 7-də Silk Way aviaşirkəti yeni Boeing 747-8F model təyyarəni əldə edib. Səfir Sekuta Silk Ways aviaşirkəti və Azərbaycan Hava Yollarının nümayəndələri ilə birgə tədbirdə iştirak edib. Bu barədə ABŞ səfirliyinin məlumatında deyilir.

Bu təyyarə Silk Way aviaşirkətinin 10-cu Boeing təyyarəsidir. Təyyarənin əldə edilməsi Silk Way aviaşirkəti ilə Boeing Korporasiyası arasındakı Azərbaycanın özəl müəssisələrinin tarixində ən böyük, daha dəqiq desək 1 milyard ABŞ dolları civarında olan layihənin birinci mərhələsinin uğurla başa çatması deməkdir.

Silk Way aviaşirkəti 2005-ci ildən etibarən ABŞ özəl şirkətləri ilə əməkdaşlıq edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG